Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin rəsmisi Frederik Kurzon bildirib.
Onun sözlərinə görə, London Fransa prezidenti Emmanuel Makronun böhranlara qarşı sürətli yerləşdirmə qüvvələri yaradılması planını məmnuniyyətlə qarşılayır.
Avropa Müdaxilə Təşəbbüsü kimi tanınan qüvvə digər Aİ müdafiə əməkdaşlığından ayrıla biləcək. Bu o deməkdir ki, “Brexit” sonrası da Britaniya bu təşəbbüsdə yer alma imkanına malik olacaq.
Ağalar Ağalarlı
Ordu.az