SANA: Beynəlxalq koalisiya SQQ-nın mövqelərinə hücum edib

2018/06/435_1529307287.jpg
Oxunub: 3906     14:32     18 İyun 2018    
ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya Suriya Quru Qoşunlarının Deyr əz-Zordakı mövqelərindən birinə hücum həyata keçirib.

Ordu.az SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriya ordusuna yaxın mənbə bildirib.

Məlumata görə, hücuma məruz qalan mövqe Deyr əz-Zorun cənub-şərqində yerləşən Əl-Hiri və Əbu-Kamal şəhərləri yaxınlığında yerləşir. Hücum nəticəsində çox sayda əsgərin həlak olduğu və ya yaralandığı bildirilir.

Agentlik bildirir ki, bu hücum SQQ-nin həmin bölgədə 40 kilometr uzunluğundakı xətt boyunca irəliləyərək 2000 kv-km bölgəni azad etməsindən sonraya təsadüf edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin