Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Təlimlər proqramı (İMET) ildən-ilə öz büdcəsini genişləndirməkdədir.
Proqramın əsas fokus nöqtəsi ölkə daxilində və xaricdə hərbi təlimlərin həyata keçrilməsi, həmçinin seçilmiş hərbi personalın hazırlıq səviyyəsini və hərbi təhsilini daha gücləndirməkdir.
"İMET" son illər ABŞ Müdafiə Nazirliyinin tərkibindəki ən önəmli şöbələrdən birinə çevrilməklə Pentaqonun beynəlxalq miqyasda fəaliyyət göstərən ən böyük mərkəzidir.
Proqram rəsmisinin bildirdiyi açıqlamada qeyd olunub ki, "İMET" sadəcə ABŞ-ın deyil, eyni zamanda onun tərəfdaş və müttəfiqlərinin də milli təhlükəsizliyinin sistemləşdirilməsində önəmli rola sahibdir.
Dəyanət Ağalarlı
Ordu.az