Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müdafiə nazirləri çərşənbə axşamına planlaşdırılmış görüşdən daha öncə görüşəcəklər.
İkitərəfli görüşdə əsasən müdafiə və təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək. Ölkələrin birgə hərbi təlimlərinin ilk mərhələsinin noyabra kimi baş tutması gözlənilir. Noyabr ayında Hindistan Baş naziri Narendra Modi Tokioya səfər edəcək.
Hindistan və Yaponiya donanmaları arasında planlaşdırılmış təlimlərin sualtı müharibə əleyhinə fokuslanması gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az