Ermənistanda general Manvelin tərəfdarları aksiya keçirir - CANLI
Oxunub: 1619
15:50
17 İyun 2018
Ermənistanda "Yerkrapah" təşkilatının sədri general Manvel Qriqoryanın tərəfdarları aksiyalara başlayıblar.
Ordu.az xəbər verir ki, Ermənistanda "Yerkrapah" təşkilatının sədri general Manvel Qriqoryanın təhlükəsizlik əməkdaşları tərəfindən həbs edilməsi onun tərəfdarlarının etiraz aksiyaları keçirmələrinə səbəb olub.
Onlar Qriqoryanın azad edilməsini tələb edirlər.
Qeyd edək ki, dünən axşam saatlarında Ermənistan təhlükəsizlik xidmətinin binası qarşısında toplaşan etirazçılarla qırmızı beretlilər arasında toqquşma olub.