Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini vəzifəsindən Vigen Sarkisyanın əmri ilə azad edilən general-leytenant Haykaz Bağmanyan erməni mətbuatına bəzi açıqlamalar verib.
O, Nikol Paşinyanın inqilabına normal münasibət bəslədiyini, Serj Sarkisyanın yaxın silahdaşı və həmfikri olaraq, onun istefa verməsinə də müsbət yanaşdığını qeyd edib.
Bağmanyan deyib ki, əgər Serj Sarkisyan istefa veribsə, deməli bildiyi bir şey var.
Alpər Mövludoğlu
Ordu.az