Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı rəsmi açıqlama Pentaqondan verilib.
Tərəflər arasındakı razılığa əsasən "BAE Systems" ABŞ ordusunda "473 Bradley" sinfindən olan "M2A4", "M7A4", "M2A3", "M7A3" model səhra döyüş vasitələrinin modernizasiyasını həyata keçirəcək.
Verilən açıqlamada bildirilib ki, Pensilvaniyanın York şəhərində həyata keçiriləcək təmir işlərinin ümumi dəyəri 348 milyon dollar təşkil edir.
Qeyd edək ki, modernizasiyadan sonra döyüş maşınları hibrid "GPS" və daxili naviqasiya sitemləri ilə dəstəklənəcək
Dəyanət Ağalarlı
Ordu.az