Erməni generallar bir-birini satırlar: "Don Pipo" nə istəyir?

2018/06/23432_1529150633.jpg
Oxunub: 3319     19:27     16 İyun 2018    
Ermənistanın Üçmüədzin şəhərində general Manvel Qriqoryan təlaş içindədir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, son vaxtlar genral Manvel Qriqoryan və onun ailəsi təlaş içindədir. Belə ki, onun oğlunun rəhbəri olduğu Üçmüədzin şəhər əhalisi etiraz aksiyaları keçirməyə başlayıb.

Buna görə şəhər əhalisinin dəstəklədiyi kriminal avtoritet "Don Pipo" ilə münasibətləri normallaşdırmağa çalışan general Manvel Qriqoryan, şəhər rəhbəri olan oğlu Karen Qriqoryanı "Don Pipo" ilə görüşüb münasibətləri normallaşdırmağa göndərib. Ancaq "Don Pipo" onu sonadək dinləmədən, sənə deyiləcək sözum yoxdur, get atan gəlsin deyərək görüşməkdən imtina edib.

Şahidlərin dediyinə görə, həmin gün sabah tezdən Üçmüədzin şəhərində yerləşən şəhər rəhbərinin fərdi evindən qutular və torbaların maşınlara doldurularaq, Hadrut şəhərindəki atası Manvel Qriqoryanın evinə daşınması məlum olub. Ancaq maşınlara doldurulan torbalarda nə olduğu məlum deyil.

Başqa bir məlumata görə isə "Don Pipo"nun qayıdışı ilə Manvel-Seyran general cütlüyündə çatlar əmələ gəlib

Məlumata görə, bir neçə gün əvvəl Ermənistan parlamentinin deputatı Seyran Saroyanla "Don Pipo" arasında görüş olub.

"Don Pipo" Üçmüədzin şəhərində baş verə biləcək hadisələrlə əlaqədar general Seyran Saroyana neytrallığı qoruyub saxlamasını tövsiyyə edib: "Bütün bu baş verənlərlə sənin işin yoxdur, özünü bitərəf saxla".

Seyran Saroyanın bu təkliflə razılaşdığı bildirilir.

Xatırladaq ki, əvvəllər ayrılmaz olan erməni generalları indi bir yerdə görmək demək olar ki, mümkün deyil.

Alpər Mövludoğu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manvel   Don-Pipo  


Bizi "telegram"da izləyin