Ermənistan ordusunun mayoru rüşvət almaqda ittiham olunur

2018/06/139515_1529146586.jpg
Oxunub: 3776     17:01     16 İyun 2018    
Ermənistan ordusunun "N" nömrəli hərbi hissələrindən birinin qərargahının əməliyyat şöbəsinin idarəetmə məntəqələrinin bölməsinin sabiq əməliyyat növbətçisinə qarşı vəzifə səlahiyyətlərindən növbəti sui-istifadə halı üzrə ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın istintaq komitəsindən yayılıb.

İstintaq yolu ilə müəyyən edilib ki, hərbi hissələrindən birinin qərargahının əməliyyat şöbəsinin idarəetmə məntəqələrinin bölməsinin mayor rütbəli sabiq əməliyyat növbətçisi pul müqabilində hərbi qulluqçuların məzuniyyətə buraxılmasına yardım edib.

Məlum olub ki, 2017-2018-ci illər ərzində mayor rütbəli hərbi qulluqçu, əsgərlərin yaxın qohumlarının vəfat etməsi və ya toy mərasimlərinin olması barədə pul müqabilində saxta telefonoqramlar göndərərək, saxta sənəd əsasında məzuniyyətə buraxılmalarına yardım edib.

Mayor rütbəli hərbi qulluqçunun yol verdiyi qanun pozuntusuna görə cinayət məcəlləsinin 9 məqamı üzrə ittiham irəli sürülüb. Vəzifə səlahiyyətlərindən sui-istifadə halının tam və hərtərəfli araşdırılması tədbirləri davam edir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Rüşvət  

Xəbər lenti

Ermənistan ordusunun mayoru rüşvət almaqda ittiham olunur

2018/06/139515_1529146586.jpg
Oxunub: 3777     17:01     16 İyun 2018    