Ermənistan MN-də rüşvət qalmaqalı böyüyür

2018/06/PN-pashtpanutyan-naxararutyun3434_1520272134_1528977074_1529047169_1529146142.jpg
Oxunub: 2933     18:32     16 İyun 2018    
Ermənistan müdafiə nazirliyində sui-istifadə halları 2017-ci ildə hələ Serj Sarkisyanın dövründə aşkar edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyunun 13-də Ermənistan dövlət gəlirləri komitəsinin istintaq idarəsi tərəfindən müdafiə nazirliyində sui-istifadə hallarının aşkarlandığı barədə məlumat yayılıb.

Rəsmi məlumata görə, Ermənistan müdafiə nazirliyində 2014-2017-ci illər ərzində satınalma və ordu quruculuğu sahəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət vermə, rüşvət alma, rəsmi sənədləri saxtalaşdırmasına görə Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin texniki istehsalat şöbəsinin keçmiş rəisi Qriqor Barseğyana və Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryana qarşı ittiham irəli sürülüb.

Müdafiə nazirliyinin sabiq və indiki yüksək vəzifəli əməkdaşları, o cümlədən Seyran Ohanyan ifadəsi alınmaq üçün istintaq orqanlarına çağırılıblar. Bu qalmaqallı məsələdə bəzi yeni detallar məlum olub.

Xüsusilə nazirlikdə sui-istifadə hallarının 2017-ci ildə aşkarlanması və hətta Serj Sarkisyanın da adının hallanması məlum olub. Əldə edilən məlumata görə Ermənistan müdafiə nazirliyinin əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin rəisi Aşot Qriqoryan bu məsələni illər əvvəl şəxsən aşkar edərək, vəzifə səlahiyyətlərindən sui-istifadə halları haqqında yuxarı komandanlığa məruzə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Rüşvət  


Bizi "telegram"da izləyin