"KXDR razılaşmanın şərtlərini yerinə yetirməyə başlayıb" - Tramp

2018/06/3_1529145209.jpg
Oxunub: 2864     19:01     16 İyun 2018    
"Şimali Koreya artıq Koreya müharibəsindən qalma əsgərlərin cəsədlərini geri qaytarmağa başlayıb".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib.

"Onlar o möhtəşəm gənc əsgərlərin bədənlərini verməyə başlayıblar. Heç kim mümkünlüyünə inanmırdı, amma biz artıq onları əldə edirik", - deyə Tramp bildirib.

Xatırladaq ki, iyunun 12-də Donald Trampla Kim Çen In arasında baş tutan sammitdə imzalanmış razılaşmanın şərtlərindən biri də məhz əsirlər və cəsədlərin qaytarılmasını nəzərdə tutur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   KXDR  


Bizi "telegram"da izləyin