ABŞ Prezidenti Donald Tramp NATO-dakı Avropa müttəfiqlərindən maliyyə dəstəyi deyil, etibarlı tərəfdaşlıq və sədaqət gözlədiyini bildirib.
Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi görüş zamanı danışıb.
"Biz onların vəsaitinə ehtiyac duymuruq. ABŞ-ın heç nəyə ehtiyacı yoxdur. Dünyanın ən güclü ordusuna sahib olduğumuza inanıram. Mənim əsas istəyim tərəfdaşlarımızın bizə sadiq olmasıdır", – deyə ABŞ lideri qeyd edib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tramp
NATO
Avropa