Ordu.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məsələ ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.
"Tramp administrasiyası İranın nüvə materiallarının məhv edilməsi, İranda yoxlamalar və təftiş fəaliyyətlərinin aparılması, digər yayılmama tədbirləri üçün istifadə olunacaq 672 milyon dolların təminatı üçün addımlar atır", - materialda qeyd olunur.
Mənbənin məlumatına görə, vəsait Energetika Nazirliyi üçün nəzərdə tutulub, İranın nüvə silahı hazırlamaq və ya əldə etmək qabiliyyətindən məhrum edilməsinə yönəlmiş fəaliyyətləri dəstəkləmək üçün istifadə olunacaq.
Bu məbləğ əvvəllər tələb olunan 80 milyard dollarlıq əlavə ayırmalar paketinin bir hissəsidir. Məbləğ barədə daha əvvəl "The Wall Street Journal" da daxil olmaqla Amerika nəşrləri bildirib.
Ordu.az