ABŞ İrana qarşı İncirlikdən istifadə edə bilərmi? – Binəli Yıldırımın cavabı

2018/06/thumbs_b_c_4cff6453668b80adb80f65410d3d3ebf-(1)_1529143171.jpg
Oxunub: 3508     17:58     16 İyun 2018    
Türkiyə televiziyalarından birinə müsahibə verən Binəli Yıldırım Birləşmiş Ştatların İrana qarşı İncirlik bazasından istifadə edə bilib-bilməyəcəyinə dair sualı cavablandırıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Yıldırım İncirliyin sadəcə terrorla mübarizə məqsədli olduğunu xatırladıb.

“Biz İncirliyin sadəcə terrorla mübarizə məqsədi ilə istifadəsinə icazə verdik. Hər hansı bir ölkəni vurmaq üçün əsla və əsla bizim bazalarımızdan istifadə oluna bilməz. İraqın işğalı zamanı Amerika Türkiyəni istifadə edə bildimi? 1 mart qərarını xatırlayın. Həmin qərarla Amerikanın Türkiyə ərazisini istifadə edərək əməliyyat aparmasını rədd etdik”, - deyə Yıldırım qeyd edib.

Baş nazir həmçinin, İranın Türkiyənin Qəsi-Şirin müqaviləsindən sonra müharibə etmədiyi qonşusu olduğunu vurğulayıb: “Bir qonşumuza qarşı müharibədə bizim kiməsə dəstək təmin etməyimiz düşünülə bilməz”.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Binəli-Yıldırım   İran-ABŞ   İncirlik  


Bizi "telegram"da izləyin