“Xəzər” markalı minik avtomobili “Azərmaş” ASC-nin idarə heyəti sədrinin birinci müavini Zaur Hacıyev tərəfindən hərbçiyə təqdim edilib. Z.Hacıyev sosial məsuliyyət əsaslı layihələri gələcəkdə də davam etdirmək niyyətində olduqlarını deyib.
Asif Rəsulov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərin iştirakçılarına, bu döyüşlərdə yaralanmış insanlara, habelə həlak olmuş Vətən övladlarının ailələrinə Azərbaycan Prezidenti tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, mayor Asif Rəsulov aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalla təltif olunub.
Ordu.az