Ermənistandakı rus hərbi bazasının aviatuşlayıcıları təlimlərə cəlb edilib

2018/06/324_1529063994.jpg
Oxunub: 3065     19:57     15 İyun 2018    
Ermənistandakı rus hərbi bazasının ştat üzrə və ştatdan kənar aviatuşlayıcıları vəzifələrinə təyin edilən hərbi qulluqçular PUA-lar tətbiq edilməklə, “Alagöz” təlim mərkəzində isti iqlim şəraitində xüsusi taktiki təlimlərə cəlb edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bundan öncə zabitlər bazanın silahlanmasında olan qırıcı, ordu və pilotsuz aviasiyanın taktiki-texniki xüsusiyyətlərini, quru qoşunlarına dəstək üçün aviasiya texnikasının tətbiqinin ayrıca xüsusiyyətlərini və təhlükəsizlik tələblərinin qorunmasını öyrəniblər.

Praktiki təlimlər ərzində hərbi qulluqçular müxtəlif hədəflərə MiQ-29, Mi-8MŞT, Mi-24P helikopterləri və PUA-larla, oriyentirlərə və koordinatlara görə böyük və kiçik hündürlüklərlə, sürətlə, aydın və mürəkkəb hava şəraitində gündüz və gecə vaxtlarında istiqaməti təyin etməklə nişanalma bacarıqlarını təkmilləşdirir.

Təlimlərə 100-dək hərbi qulluqçu və 20-dək aviasiya, xüsusi texnika cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rus-hərbçiləri   Təlimlər  


Bizi "telegram"da izləyin