Seperatçıların sabiq komandiri həbsdən azad edilib

2018/06/babayaniqla_1495614385_1529054942.jpg
Oxunub: 3781     17:26     15 İyun 2018    
Samvel Babayan və digərləri həbsdən azad ediliblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın işğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmələrinin sabiq komandiri Samvel Babayan həbsdən azad edilib.

Ermənistanın Kassasiya məhkəməsi "Tsarukyan" fraksiyasının bir qrup deputatları tərəfindən şəxsi zaminliyə götürmə barədə vəsadəti təmin edərək, “İqla” işi üzrə həbs edilən Samvel Babayan, Sanasar Qabrielyan və Armen Poğosyanı həbsdən azad edib.

Xatırladaq ki, Samvel Babayan martın 20-da Ermənistana "İqla" zenit raket kompleksinin gətirilməsi faktına görə ittiham edilərək həbs olunmuşdu.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İqla   Samvel-Babayan  


Bizi "telegram"da izləyin