Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərlə görüşü zamanı Ermənistan dövlət gəlirləri komitəsinin sədri Davit Ananyan “İrəvan” fondunun daxil olmuş vəsaitlər haqqında komitəyə müvafiq məlumat verməməsi ilə bağlı məlumatları şərh edəkən bildirib.
O, bu faktın dövlət gəlirləri komitəsinin fəaliyyətsizliyi nəticəsində baş verməsinə dair yayılan fikirlərlə razı olmadığını qeyd edib. Ananyan, bu tipli fondların kifayət qədər çox olduğunu və bütün istiqamətlərdə iş getdiyini xatırladıb.
Ohanyanın ifadə alınması üçün istintaqa çağırılması barədə bildiriş almadığına dair açıqlamasına gəldikdə isə Ananyan bildirib ki, Ohanyana bildiriş 12 iyun tarixində göndərilib, o isə 13 iyun tarixində bildiriş almadığı barədə açıqlama verib. Ananyan bildirişin çatdırılmasında gecikmə ehtimalını qeyd edib.
O, Ohanyanın təyin olunduğu gün və saatda istintaqa çağırıldığını bir daha bəyan edib. Komitə sədri, konkret təşkilata qarşı, konkret cinayət işi qaldırıldığını, bununla əlaqədar yüksək vəzifəli şəxslərin istintaqa cəlb edildiyini bildirib. Ohanyanın rəhbərliyi dövründə baş verdiyinə görə, təbii ki, istintaqa o da çağırılıb.
Komitə sədri bildirib ki, cinayət işi çərçivəsində araşdırma ilə əlaqədar şahid qismində çağrılan vəzifəli şəxslər arasında sabiq müdafiə naziri tək deyil. Lakin Ananyan digər vəzifəli şəxslərin adlarını hallandırmayıb.
Erməni sədr, “Norfolk” şirkətinin fəaliyyətinə də toxunaraq bildirib ki, hazırda şirkətin fəaliyyətinin ləğv olunma prosesi gedir.
Alpər Mövludoğlu
Ordu.az