Düşmən ordusunda daha bir mənimsəmə faktı: 4 nəfərə qarşı ittiham

2018/06/234234234_1513319915_1529048547.jpg
Oxunub: 1899     19:40     15 İyun 2018    
Ermənistanda hərbi qulluqçuların ərzaq payını mənimsəmə faktı aşkar edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın istintaq komitəsinin hərbi istintaq baş idarəsinin birinci qarnizon istintaq şöbəsi tərəfindən aparılan istintaq araşdırmaları nəticəsində "N" nömrəli hərbi hissədə ərzaq payının bölgüsü prosesində mənimsəmə faktları aşkar edilib.

Aşkar edilmiş faktlar əsasında 4 nəfərə qarşı ittiham irəli sürülüb.

Məlum olub ki, "N" nömrəli hərbi hissənin yeməkxanasının sabiq rəisi və baş aşbazı 2009-2016-cı illər ərzində ərzaq payının bölgüsü prosesində hərbi hissənin şəxsi heyətinə təyin edilmiş miqdardan az ərzaq verərək, qənaət etdikləri ərzaq payını mənimsəyiblər.

Mənimsəmə faktı barədə hərbi hissə komandirinin, polkovnik-leytenant hərbi rütbəli, arxa cəbhə və kommunal istismar xidməti üzrə müavinin xəbəri olsa da, o, aidiyyatı üzrə rəislərə məruzə etməyib və müvafiq yoxlama aparmayıb. O, ərzağı mənimsəyən şəxslərə yardım etməklə, 2015-2016-cı illər ərzində yeməkxana rəisindən ərzaq məhsulları alıb. Həmçinin ərzaq məhsullarının hərbi hissədən oğurluq olduğunu bilərək, pul müqabilində bu məhsulları alan şəxsin kimliyi də müəyyən edilib.

Məhkəmə icraatında əldə edilmiş kifayət qədər sübutlar əsasında 4 nəfərə, hərbi hissənin yeməkxanasının sabiq rəisinə, baş aşbazına, hərbi hissə komandirinin arxa cəbhə və kommunal istismar xidməti üzrə müavininə, ərzaq məhsullarını bilərəkdən alan mülki şəxsə qarşı ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Mənimsəmə  


Bizi "telegram"da izləyin