Ermənistanda çağırışçıları aldadan 13 nəfərə qarşı ittiham irəli sürülüb

2018/06/139422_1529000750.jpg
Oxunub: 4296     02:25     15 İyun 2018    
Ermənistanda çağırışçıların qohumlarından aldatma yolu ilə pul mənimsənilməsinə görə 13 nəfərə ittiham irəli sürülüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın hüquq mühafizə orqanları tərəfindən aparılmış iş nəticəsində çağırışçıların qohumlarından aldatma yolu ilə pul mənimsənilməsi və digər məqamlara görə 13 nəfərə qarşı ittiham irəli sürülüb.

Əldə edilmiş sübutlara əsasən məlum olub ki, 1969-cu il təvəllüdlü, İrəvan sakini A.Mxitaryan hərbi xidmətdən azad edilmə və ya möhlət verilməsinə yardım etmə adı ilə çağırış yaşına çatmış gənclərin valideynlərindən aldatma yolu ilə müxtəlif məbləğdə pul alaraq mənimsəyib.

Adı çəkilən şəxs, çağırışçıların hərbi xidmətdən azad edilməsinə əsas verən diaqnozla səhhətinin müayinəsi aktlarını təqdim etmək və bunlara dair müvafiq qərarların qəbul edilməsi üçün məsul şəxslərə rüşvət verməklə, məsələni həll edəcəyinə dair vəd verib.

Bu yolla o, etimad qazanaraq 2014-2017-ci illər ərzində müxtəlif məbləğdə pul alaraq mənimsəyib. Araşdırma nəticəsində saxtakarlıq yolu ilə mənimsəmə üzrə 7 hal, mənimsəməyə cəhd üzrə 1 hal aşkarlanıb.

Bundan başqa, Mxitaryanın qanunsuz yolla əldə etdiyi və ona aid olan "TOYOTA 4RUNNER" markalı avtomobildə hərbi sursat hesab edilən 20 ədəd 7.62 mm, 2 ədəd 9mm-lik güllə, 2 ədəd F-1 əl qumbarası və ona UZRQM, 200 qramlıq 2 ədəd trotil aşkar edilib.

Əldə edilmiş dəlillər əsasında, Mxitaryana qarşı bir neçə maddə ilə cinayət işi açılıb. Bundan başqa 12 nəfərə qarşı da ittiham irəli sürülüb. Hadisənin tam araşdırılması üçün istintaq tədbirləri davam edir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Çağırış  

Ermənistanda çağırışçıları aldadan 13 nəfərə qarşı ittiham irəli sürülüb

2018/06/139422_1529000750.jpg
Oxunub: 4297     02:25     15 İyun 2018    