Ermənistandakı rus hərbi bazasının Erebuni aviabazasında 2018-ci ilin məzunları olan pilotların Ermənistanın dağlıq bölgəsində Mi-8MŞT və Mi-24P vertolyotları ilə təlim uçuşları həyata keçirilir.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yüksək hazırlıqlı təlimatçılar tərəfindən keçirilən 1 aylıq təlimlərdə gənc pilotlar isti hava şəraitində verilən marşrut üzrə müstəqil uçuşlar həyata keçirmə vərdişlərini artıracaqlar.
Təlimlərə 100-dək hərbi qulluqçu və 20-dək aviasiya, xüsusi texnika cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-Rusiya
Pilotlar
Təlim