Ermənistan MN-nin əməkdaşı rüşvət alma faktına görə həbs edilib

2018/06/PN-pashtpanutyan-naxararutyun3434_1520272134_1528977074.jpg
Oxunub: 3325     21:12     14 İyun 2018    
Ermənistan müdafiə nazirliyinin əməkdaşı rüşvət alma faktına görə həbs edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan istintaq komitəsinin hərbi istintaq baş idarəsi tərəfindən müdafiə nazirliyinin əməkdaşının iri həcmdə rüşvət alma faktı aşkar edilib. Toplanmış materiallar əsasında 2 nəfərə qarşı ittiham irəli sürülüb.

İstintaqın əldə etdiyi materiallara əsasən, 1961-ci il təvəllüdlü M.Xalatyan 1999-cu ildən Ermənistan müdafiə nazirliyinin əmlak və xidmətlərinin qəbulu məqsədilə daimi komissiyanın tərkində olmaqla, qəbul edilən əmlak və xidmətlərin alınma müqavilələrində göstərilən tərkibə və tələblərə, keyfiyyət standartlarına uyğunluğunu yoxlamağa borclu olub.

Müdafiə nazirliyi ilə mütəmadi bağlanılan müqavilələr çərçivəsində 2008-ci ildə şirkətlərdən birinin istehsal sahəsində olub. O, gələcəkdə malların problemsiz qəbul olunmasını təmin etmək adı ilə həmin şirkətlə bağlanılan illik müqavilənin ümumi dəyərinin 7% həcmini rüşvət olaraq tələb edib.

Müdafiə nazirliyinin əməkdaşı şirkətlə razılığa gələrək 2008-2012-ci illər ərzində aldığı təqribən 31.120.000 erməni dramı rüşvəti qarşılığında şirkət sahibi ilə müdafiə nazirliyi arasında bağlanmış müqavilə əsasında istehsal edilən mebel əşyalarının tələblərə cavab verməyən şəkildə qəbulu və nazirliyin mərkəzi anbarına qəbul olunmasını təşkil edib.

Əldə edilən kifayət qədər sübut əsasında M. Xalatyana qarşı külli miqdarda rüşvət alma maddəsi, şirkətin direktoruna qarşı isə külli miqdarda rüşvət vermə maddəsi ilə ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Rüşvət  

Xəbər lenti

Ermənistan MN-nin əməkdaşı rüşvət alma faktına görə həbs edilib

2018/06/PN-pashtpanutyan-naxararutyun3434_1520272134_1528977074.jpg
Oxunub: 3328     21:12     14 İyun 2018    