Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən “Renesans” restoranında general Manvel Qriqoryanın qardaşı oğlu Arayik Qriqoryanın toyu keçirilib.
Məlumata görə, toyda keçmiş iqtidarın bütün nümayəndələri, parlament sədri Ara Babloyan rəhbərliyi ilə parlament nümayəndələri, Serj Sarkisyan, Taron Marqaryan iştirak ediblər.
Toyda iştirak edənlər Taron Marqaryana yaxınlaşaraq, dünən “İrəvan” fondu ətrafında baş verənlər və həbslər barədə maraqlanıblar. O, hər şeyin qaydasında olduğunu bildirib.
Məclisdə Serj Sarkisyan üçün sağlıqlar deyilib. Ancaq fövqəladə hallar naziri olaraq keçmiş iqtidarın nümayəndəsi, indiki müdafiə naziri Davit Tonoyan və müdafiə nazirliyinin digər əməkdaşları məclisdə iştirak etməyiblər.
Onun üçün ayrılmış masa sonadək boş qalıb.
Alpər Mövludoğlu
Ordu.az