Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir

2018/06/56_1528971046.jpg
Oxunub: 3157     13:20     14 İyun 2018    
ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüş keçirib və Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzini ziyarət edib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası arasında əməkdaşlıq 2002-ci ildən etibarən həyata keçirilir. Ştatla Tərəfdaşlıq Proqramı çərçivəsində ABŞ və NATO ilə əməliyyat uyarlılığı səviyyəsinin artırılması, peşəkar çavuş heyətinin, hərbi mühəndislərin və hərbi tibb mütəxəssislərinin hazırlığı sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi aparılır.

Ordu.az

Teqlər: MN   Oklahoma   Milli-Qvardiya  

Xəbər lenti

Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir

2018/06/56_1528971046.jpg
Oxunub: 3160     13:20     14 İyun 2018    