Ermənistanda xüsusi təyinatlılar həbslər həyata keçirib

2018/06/34]_1528962406.jpg
Oxunub: 3074     11:58     14 İyun 2018    
Ermənistanın təhlükəsizlik xidmətinin əməkdaşları “İrəvan” fondunun rəhbərini və Davtaşen rayon icra başçısının müavinini həbs ediblər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan təhlükəsizlik xidmətinin maskalı əməkdaşları İrəvan şəhər meriyasında aparılan xüsusi yoxlamaları, Davtaşen rayon icra nümyandəliyi binasında davam ediblər.

Məlumatlara görə, xüsusi təyinatlılar Davtaşen rayon icra başçısının müavini Xaçatur Karapetyanı və “İrəvan” fondunun rəhbəri Aşot Qazaryanı həbs ediblər.

Xatırladaq ki, dünən Ermənistan təhlükəsizlik xidmətinin əməkdaşları "İrəvan" fondunun fəaliyyəti ilə bağlı İrəvan Şəhər İcra Hakimiyyətində xüsusi əməliyyat keçirərək, fondunun bütün sənədlərini müsadirə ediblər. Fondun fəaliyyətində korrupsiya hallarının olduğu ehtimal olunur.

"İrəvan" fondu 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Fondun xeyriyyəçiləri şurasının sədri, İrəvan şəhər meri Taron Marqaryan, şuranın üzvlərinin tərkibində şəhər merinin müavinləri, müşaviri, administrasiya katibi, şəhər icra hakimiyyətinin müxtəlif idarə rəisləri, eləcə də məclis üzvü var.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Xəbər lenti

Ermənistanda xüsusi təyinatlılar həbslər həyata keçirib

2018/06/34]_1528962406.jpg
Oxunub: 3077     11:58     14 İyun 2018    