Ermənistanda komandir müavini əsgərin ölümünə şərait yaradıb

2018/06/34534_1528955767.jpeg
Oxunub: 3265     10:19     14 İyun 2018    
Erməni hərbi qulluqçu Çaplin Markaryanın ölüm işi üzrə tabor komandirinin müavininə ittiham irəli sürülüb.

Ordu.az Ermənistan istintaq komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, cəbhədə təxribat törədərkən məhv edilən erməni əsgəri Çaplin Markaryanın ölüm işi üzrə Ermənistnın istintaq komitəsinin 6-cı qarnizonu tərəfindən cinayət işi qaldırılıb.

Ölüm faktının istintaqı çərçivəsində tabor komandirinin arxa cəbhə təminatı üzrə müavininə qarşı ittiham irəli sürülüb.

Döyüş mövqeyində cavabdeh olan tabor komandirinin arxa cəbhə üzrə müavini mayor T.Poğosyanın vəzifə borclarının icrasına səhlənkar yanaşmaqla, döyüş növbətçiliyinin təşkili və aparılması qaydalarını pozması toplanan materiallar əsasında sübut edilib.

Hərbi hissə komandirinin müavini olaraq, o, qarşı tərəfdən müşahidə oluna bilən əraziləridə mühəndis işlərini yalnız məhdud görmə şəraitində aparılmalı olduğu tələblərinə əməl etməyib. O, mühəndis işlərini gündüz saat 11:00 radələrində təşkil etməklə erməni əsgərinin ölümünə şərait yaradıb. Nəticədə, Markaryan döş qəfəsindən odlu silahla yaralanaraq, hospitala təxliyyə edilsə də, həmin gün saat 21:00 radələrində ölüb.

Tabor komandirinin arxa cəbhə üzrə müavini T.Porosyana qarşı ittiham irəli sürülüb və bununla da ilkin araşdırma başa çatıb.

Qeyd edək ki, 2017-ci il oktyabrın 10-da müddətli xidmət hərbi qulluqçusu Çaplin Markaryan Ermənistandakı hərbi hissələrdən birinin müdafiə zolağındakı döyüş postunda təxribat törətməyə cəhd edərkən məhv edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Əsgər   Ölüm  

Xəbər lenti

Ermənistanda komandir müavini əsgərin ölümünə şərait yaradıb

2018/06/34534_1528955767.jpeg
Oxunub: 3266     10:19     14 İyun 2018    