"Mən hər hansı bir cinayət işindən xəbərdar deyiləm" - Ohanyan

2018/06/5848498_1528915761.jpg
Oxunub: 2740     22:46     13 İyun 2018    
"Mən hər hansı bir cinayət işindən xəbərdar deyiləm, nə də ki, sorğulanmışam"

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.

Ohanyan qeyd edib ki, onun istintaqa cəlb edilməsi ilə bağlı məlumatı KİV-lərdən eşidib.

"Nə deyəcəyəm bilmirəm. Mən də bu barədə mətbuatdan yeni öyrəndim", - deyə o yayılan məlumatları yalanlayıb.

Onun sözlərinə görə, hazırda problemin nədən ibarət olduğunu öyrənməyə çalışır və baş verənlərdən məlumatsızdır.

"Bu barədə heç bir məlumatım yoxdur. Bütün suallarınızı məlumatı kim yayıb, ona ünvanlayın. Mən hər hansı bir sorguya getməmişəm. Bütün bunları yeni eşitmişəm. Mən heç bir xəbərdarlıq almamışam, nə də ki, cinayət işinin başlandığından xəbərdaram", - deyə Ohanyan əlavə edib.

Qeyd edək ki, bu gün erməni KİV-lərində yayılan məlumata görə, Ermənistanın Müdafiə nazirliyinin keçmiş və indiki vəzifəli şəxsləri, o cümlədən keçmiş müdafiə naziri Seyran Ohanyan korrupsiya faktı ilə bağlı Dövlət Gəlirlər Komitəsi tərəfindən istintaqa çağırılıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi  

Xəbər lenti

"Mən hər hansı bir cinayət işindən xəbərdar deyiləm" - Ohanyan

2018/06/5848498_1528915761.jpg
Oxunub: 2741     22:46     13 İyun 2018    