Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistanın müdafiə naziri David Tonoyan İtaliya səfiri Vincentso Del Monako, Ermənistanda müdafiə məsələləri üzrə İtalya səfirliyinin attaşesi, briqada general Alfonso Miro və attaşenin müavini hərbi dəniz qüvvələrinin kapitanı Kurtsio Paçifiçi ilə görüşüb.
Görüş zamanı tərəflər erməni-italyan müdafiə əməkdaşlığı, Livanda birgə sülhməramlı missiya və əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Alpər Mövludoğlu
Ordu.az