İsrailin iki böyük hərbi sənaye şirkəti 150 kilometr məsafədən hədəfi dəqiq vura bilən yeni hava-yer raketinin üzərində işləyir.
Ordu.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, layihə “İsrael Military İndustries” və “Israel Aerospace Industries” şirkətlərinin ortaq işidir.
Məlumata görə, şirkətlər layihənin sonuncu mərhələsindədir. “Rampage” adını verdikləri raket hədəfə 150 kilometr məsafədən atıla bilir. Bu o deməkdir ki, o, düşmənin detektor və anti-raket sensorları tərəfindən aşkarlanmayacaq.
Raketin uzunluğu 4,7 metr, ağırlığı isə ümumilikdə yarım tona yaxın qiymətləndirilir. Döyüş başlığının çəkisi 150 kiloqramdır. Onun istehsalı və satışının gələn il baş tuta biləcəyi bildirilir.
Ağalar Ağalarlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İsrail
Raket
Rampage