“Eurosatory-2018”: Türkiyənin yeni tank əleyhinə vasitəsi təqdim olunub

2018/06/123_1528725330.jpg
Oxunub: 2353     23:54     11 İyun 2018    
Türkiyə Silahlı Qüvvələrinin Tank Əleyhinə Vasitə proqramı PARS 4x4 prototip platformasının debütü ilə proqres əldə etdiyini sübut edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, proqramın kontraktoru olan yerli istehsalçı şirkət FNSS bu gün Parisdə keçirilən “Eurosatory-2018” sərgisində yeni vasitəsini nümayiş etdirib.

Məlumata görə, kompaniyanın tank əleyhinə uzaqdan idarəolunan qülləsi maşının əsas silah sistemi kimi qəbul edilir. O, 7,62 mm-lik pulemyotla dəstəklənir və iki ədəd tank əleyhinə idarəolunan raket ata bilir.

Bu sistem “Kornet” və “Mizraq” raketləri ata bilir və təzəlikcə uzaq mənzilli sınaq atışlarında böyük dəqiqlik göstərib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TƏİRK  


Bizi "telegram"da izləyin