Yəmən ordusu Taiz-Hudeydə xəttinə nəzarəti yenidən bərpa edib

2018/06/498465115_1528724758.jpg
Oxunub: 3529     21:45     11 İyun 2018    
Yəmən silahlı qüvvələri ölkənin qərb sahillərində bir sıra qələbələr qazanaraq Hudeydənin mərkəzinə doğru irəliləməyə nail olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ordu rəsmilərinin yaydığı məlumatda Taizi Hudeydə ilə birləşdirən xəttə nəzarət yenidən bərpa edilib.

Məlumata görə, koalisiya qüvvələrinin havadan dəstəyini alan ordunun 17-briqadası bölgədə bir neçə kəndi də husilərdən təmizləyə bilib. Hazırda Hudeydənin cənubunda döyüşlər davam edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Hudeydə   Husilər  


Bizi "telegram"da izləyin