Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o bu barədə hal-hazırda davam edən Niğdə mitinqində danışıb.
“Kandil, Sincar, ora da əməliyyatlarımızı başlatdıq. 20 təyyarə ilə 14 önəmli nöqtəni məhv etdik. Vurdular, döndülər, bitmədi, davam edəcək”, - deyə Ərdoğan vurğulayıb.
Hədəfin, bataqlığın ən böyüyünü qurutmaq olduğunu söyləyən Ərdoğan Kandilin Türkiyə dövləti və milləti üçün artıq bir təhdid, terror qaynağı olmaqdan çıxarılacağını əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az