Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov danışıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu gün baş tutan iclasından sonra jurnalistlərlə görüşən Lavrov KTMT-ə üzv ölkələrin Xarici İşlər nazirlərinin Əfqanıstan prezidenti Əşrəf Qaninin “Taliban”a dialoq çağırışını dəstəklədiyini bəyan edib.
“Rusiya uzun müddətdir ki, bu tipli dialoqa dəstəyini ifadə edib. “Taliban” üzvləri Əfqanıstan cəmiyyətinin üzvləridir. Onlar maraqlarının müdafiəsi yolunda hərbi yanaşmadan imtina etməli və siyasi prosesdə birbaşa iştirak etməlidirlər”, - deyə Lavrov vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az