Əsəd: “Moskva heç vaxt bizə əmr etməyə çalışmayıb”

2018/06/69c8dd2bee2b46dba55efe6fc0a29b2a_18_1528715350.jpg
Oxunub: 3604     19:08     11 İyun 2018    
Suriya prezidenti Bəşər Əsəd onun hərbi qüvvələrinə əsas hərbi müttəfiqi olan Rusiyanın nəzarət etdiyi və Əsədin əvəzində qərarlar verdiyinə dair iddiaları təkzib edib.

Ordu.az “Al Jazeera”ya istinadən xəbər verir ki, Əsəd bu barədə Britaniya qəzeti “The Mail”ə verdiyi müsahibəsində danışıb.

Müsahibəsində Moskvanın Suriyanın siyasi və hərbi addımlarına nəzarət etməsinə dair iddialara toxunan Əsəd aşağıdakı fikirləri səsləndirib: “Onlar (ruslar) bizim əlaqələrimiz dövründə heç vaxt əmr etməyə çalışmayıblar, hətta fikir ayrılıqları olanda da”.

“Müttəfiqlər arasında fikir ayrılıqlarının olması təbiidir. Bu Rusiya-Suriya, Suriya-İran, İran-Rusiya əlaqələrində də özünü göstərir. Bu çox təbiidir, lakin sonra Suriyada nə baş verəcəyinə, hansı addımların atılacağına dair qərarları Suriya qəbul edir”, - deyə Əsəd əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsəd   Rusiya  


Bizi "telegram"da izləyin