Suriya HHQ İdlibdə terrorçuları bombardman edib

2018/06/498749464_1528712468.jpg
Oxunub: 1825     18:19     11 İyun 2018    
Suriya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İdlibin şimal-şərqində terrorçuların mövqelərinə ağır zərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fuaa və Kafraya şəhərləri ətrafında yerləşdirilmiş hökumət qüvvələri ilə terrorçular arasında iki qarşıdurma meydana gəlib.

İlk qarşıdurmada ağır zərbə alaraq geri çəkilən terrorçular daha sonra yenidən hücuma keçib, lakin hökumət qüvvələri tərəfindən dəf edilib.

Qarşıdurmalarda onlarla terrorçunun məhv edildiyi və ya yaralandığı bildirilir. Ordu qüvvələri bölgədə mövqelərini bir qədər də möhkəmləndirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin