Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurmalar seperatçıların daha fəal olduğu Luqanskda baş verib.
Məsələ ilə bağlı Ukrayna Müdafiə Nazirliyindən verilən rəsmi açıqlamada qeyd olunub ki, son bir gün ərzində seperatçılar ümumən 32 dəfə atəşkəsi pozublar. Bunların 7-si 120 mm və 82 mm-lik minaatanlarla həyata keçirilib.
Qeyd edək ki, seperatçıların hücumu ordu qüvvələrinin kəskin müqaviməti ilə qarşılanıb və nəticədə onlar xeyli itki verərək geri çəkilməyə məcbur olublar.
Dəyanət Ağalarlı
Ordu.az