Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət bu ana qədər əsasən başqa istehsalçı şirkətlərə 3D printerlərlə təminat həyata keçirib.
Məsələ ilə bağlı Pentaqondan verilən rəsmi açıqlamada qeyd olunub ki, şirkət Pentaqonun kəşfiyyat məqsədli avadanlıqları üçün nano ölçülü 3D printerlər istehsal edəcək.
“DragonFly 2020” adı verilən printerlərin orduda istifadə imkanlarının geniş olduğu bildirilsə də, bu barədə geniş açıqlama verilməyib.
Qeyd edək ki, bu printerlər kiçik ölçülü tibbi avadanlıqların, elektron hərbi qurğuların dizaynı üçün ideal vasitədir.
Dəyanət Ağalarlı
Ordu.az