Qətər və “Lockheed” arasında razılıq əldə edilib

2018/06/12312_1528707855.jpg
Oxunub: 2179     17:02     11 İyun 2018    
“Lockheed Martin” Qətər Hərbi Hava Qüvvələri üçün “ATP” atıcı qurğusunun istehsalını həyata keçirəcək

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qurğuların istehsalı 2019-cu ildə yekunlaşdırılaraq Qətər Ordusuna təhvil veriləcək.

Məsələ ilə bağlı verilən rəsmi açıqlamada qeyd olunub ki, bu sistemlər çox unikal xüsusiyyətlərə sahibdir. Belə ki, sistemin “F2”, “F-15”, “F-16”, “F-18”, “A-10”, “B-1”, “B-52”, “Harrier” və “Typhoon” qırıcılarına inteqrasiya etdirilməsi mümkündür.

Qeyd edək ki, bu qurğuların uzaq məsafədəki kiçik hədəfləri müəyyən etmə, avtomatik izləmə, lazerlə qeyd etmə kimi funksiyaları mövcuddur.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Lockheed-Martin  


Bizi "telegram"da izləyin