Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Qazaxıstan Prezident Administrasiyasının Mətbuat Şöbəsindən səsləndirilib.
Bəyanatda bildirilir ki, Prezidentin Hindistan Baş naziri Narendra Modi ilə görüşündə hərbi sənayeyə də toxunulub.
Görüş əsnasında Nazarbayev qeyd edib ki, iki tərəf arasında aparılan ticarət əməkdaşılığının ümumi həcmi ötən il ərzində 53 faiz artaraq 1 milyard dolları keçib ki, bunun da önəmli bir hissəsini hərbi sənaye məhsulları təşkil edib.
“Biz Hindistanla başda hərbi sənaye olmaqla aparılan hərtərəfli əməkdaşlıqdan məmnunuq və bu əməkdaşlığımızı bundan sonra da davam etdirməyi düşünürük” – deyə prezident sözlərinə əlavə edib.
Dəyanət Ağalarlı
Ordu.az