Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Cənubi Koreyanın Müdafiə Nazirliyinin Mətbuat katibi, xanım Çoi Hyun-So bildirib.
O, iyunun 14-də Şimali Koreyanın Tonqilkak şəhərində keçiriləcək görüşdə hərbi məsələlər üzrə danışıqların aparılması üçün iştirak edəcək nümayəndə heyətinin tərkibinin təxmini olaraq müəyyənləşdirildiyini bildirib.
“Buna baxmayaraq elan edilməzdən əvvəl siyahı Baş nazirə göndəriləcək və Baş nazirin təsdiqindən sonra heyətin tərkibi ilə bağlı rəsmi açıqlama veriləcək”, - deyə o sözlərinə əlavə edib.
Dəyanət Ağalarlı
Ordu.az