Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, dairəvi masa ətrafında keçiriləcək görüşə NATO-nun Estoniya nümayəndə heyətinin sədri Marko Mikelson rəhbərlik edəcək.
Görüşün başlıca müzakirə mövzusunun alyansın Qara Dəniz regionundakı hərbi gücünün vəziyyəti ilə bağlı olacaq.
Mümkün razılıq nəticəsində bölgədəki NATO hərbi birliklərinin sayının artırılması ilə bağlı qərarın qəbul ediləcəyi də təxmin edilir.
Görüşdə bundan əlavə iyunun 15-i yekunlaşacaq “Saber Strike” hərbi təlimləri ilə bağlı müzakirələrin də aparılması planlaşdırılır.
Dəyanət Ağalarlı
Ordu.az