Qarabağda həyəcan: Yerli ermənilər Sarkisyanın "qırmızı xətti"ni adlayır

2018/06/345345_1528181644.jpg
Oxunub: 3210     14:48     05 İyun 2018    
Ermənistandakı inqilabdan sonra işğal altında olan Qarabağda da "dəyişikliklər"in baş verəcəyi gözlənilən idi. Təbii ki, eyni iqtisadi-siyasi sistemə malik olan Ermənistan və qondarma qurum ayrı-ayrılıqda müqayisə edilə bilməz. Bu halda Ermənistanda genişmiqyaslı dəyişikliklər kontekstində qondarma qurum "özünəməxsus" status-kvonu saxlaya bilməz. Digər tərəfdən, problem kompleks və dərindir.

Bir tərəfdən, Ermənistanın yeni küçə hakimiyyəti üçün Qarabağ rejimi ilə qarşılıqlı səmərəli fəaliyyət göstərmək çətindir, çünki qondarma qurum Ermənistanın keçmiş hakimiyyətinin qalıqlarıdır.

Digər tərəfdən, Ermənistanda hakimiyyət klanının dəyişməsi yerli ermənilərin İrəvanın boyunduruğu altından çıxmasına səbəb ola bilər ki, bu da Paşinyan hakimiyyətini qorxudur. Bu baxımdan, hazırkı küçə hakimiyyətində qondarma qurumda bir sıra dəyişikliklər aparmaq zəruridir.

Erməni ekspertlər, İrəvanda baş verən inqilabın Qarabağda təkrarlanmasının beynəlxalq formatlarda Qarabağın olmayan "subyektivliyi"ni məhdudlaşdırılacağı və bunun nə qondarma qurumun "özünüidarəetməsinə", nə də daxili münasibətlər baxımından adekvat olmayacağını bildirirlər.

"Hazırda Qarabağda yaşayan ermənilər Ermənistanda baş verən proseslərdən ilham alırlar. Lakin Qarabağın modernləşdirilməsinin ən yaxşı yolu inqilab deyil, bu islahatlar üçün təkcə stimul deyil, həm də rəqibin həvəslənməsinə səbəb ola bilər", -deyə erməni ekspertlər hadisələrə xüsusi ehtiyyatla yanaşırlar.

Baş verən proseslərə səbəb, Ermənistanın işğal altında olan Xankəndindəki təhlükəsizlik xidmətinin xüsusi təyinatlı qüvvələrinin əməkdaşlarınnı məişət zəminində iki mülki sakinlə mübahisə etməsi və onları döyməsi olub.

Nəticədə, bu Xankəndində qəzəblənmiş kütlənin qalxmasına qığılcım verdi. Təbii ki, Qarabağdakı ermənilər yalnız bu hadisəyə görə deyil, illərdir Ermənistanın güc strukturları tərəfindən törədilən özbaşınalıqlara qarşı etiraz edirdilər. Təsadüfi deyil ki, Xankəndi küçələrinə çıxmış ermənilər polis rəisi Kamo Ağacanyanın, təhlükəsizlik xidməti rəisinin müavini Qaqik Sarkisyanın və ötən gün dava iştirakçısı olan əməkdaşların bölmə komandiri Aşot Qriqoryanın istefasını və hadisədə iştirak edən əməkdaşların cəzalandırılmasını tələb edirlər.

Görünən odur ki, Qarabağ erməniləri çox şeydən beziblər və dərin islahatlar tələb etmək adı altında, Ermənistanın bölgədəki keçmiş qalıqlarından qurtulmağa çalışırlar. Hazırda baş verən proseslər Ermənistanın Qarabağdakı nəzarətinin itirilməsinə, bölgədə baş verən xaotik vəziyyətin genişlənəcəyini deməyə əsas verir. Baş verən proseslər fonunda isə illərdir yalan vədlərlə yedizdirilən ac erməni cəmiyyətinə bir seçim imkanı verəcək: Yüksək yaşayış tərzi, sürətli inkişaf edən Azərbaycanın tərkibinə yenidən qayıtma şansı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Etiraz   Qarabağ  


Bizi "telegram"da izləyin