Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İranın ali dini lideri Ayətulla Əli Xameneyi yaxın şərqlə bağlı çıxışında bildirib.
Onun sözlərinə görə, raket proqramı İranın daxili məsələsidir və heç kəs buna əngəl törədə bilməz.
“Bəzi avropalı siyasətçilər bizim müdafiə məslələrimizə mane olmaq üçün hər cür bəyanatı səsləndirirlər. Lakin onlar unutmamalıdır ki, bu İranın daxili məsələsidir və heç kəs İranın bu sahədə həyata keçirdiyi fəaliyyətlərə əngəl törədə bilməz” –deyə Xameneyi vurğulayıb.
Dayənət Ağalarlı
Ordu.az