Hindistan müasir tüfənglərin sifariş sayını 250 minə endirib

2018/06/567_1528120980.jpg
Oxunub: 3299     22:02     04 İyun 2018    
Hindistan Quru Qoşunları daha öncə 800 min olan müasir tüfənglərin alınmasına dair sifariş sayını 250 min ədədə azaldıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə orduya yaxın mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu addım xərclərin optimallaşdırlması məqsədilə atılıb. Belə ki, original sifariş 2,5 milyard dəyərində olduğu halda, son düzəlişlə birlikdə layihənin dəyəri 900 milyon dollara qədər azalıb.

Qeyd edək ki, 1,3 milyon canlı qüvvəyə sahib Hindistan ordusunda piyada qoşunların sayı 450 minə yaxındır. Onların sadəcə yarısı döyüş meydanında aktivdir və tüfənglərdən istifadə edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Tüfənglər  


Bizi "telegram"da izləyin