Britaniya F35-ləri uçuşa hazır vəziyyətə gətirilib

2018/06/news-story-uk-takes-delivery-of-final-f-35b-lightning-this-year_1528119399.jpg
Oxunub: 2058     01:35     05 İyun 2018    
Böyük Britaniya Hərbi Hava Qüvvələri yeni F-35 çoxtərəfli döyüş təyyarələrinin “RAF Marham” aerodromunun ikinci pistində yenidənqurulma işlərinin başa çatması ilə böyük bir addım atıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Birləşmiş Krallıq xüsusilə təlim məqsədləri üçün istifadə olunması planlaşdırılan və hərbi əməliyyatlarda istifadəsi düşünülməyən F-35 qırıcılarını hazır vəziyyətə gətirib.

Qeyd edək ki, layihənin həyata keçirilməsi üçün 250 milyon funtsterlinq dəyərində investisiya ayırılıb. Hazırda işlərin 90 faizlik bir qisminin yekunlaşdırıldığı bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   Britaniya  


Bizi "telegram"da izləyin