Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, Netanyahu təyyarəyə minməzdən əvvəl jurnalistlərin suallarını cavablayıb.
Baş nazir Almaniyanın Kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Britaniya Baş naziri Tereza Meylə görüşəcəyini bildirib.
“İki əsas məsələni gündəmə gətirəcəm: İran və İran. Hər şeydən əvvəl bunu başa düşməliyik ki, nüvə proqramından dolayı İrana qarşı təzyiq davam etdirilməlidir. Mən bu təzyiqin artırılmalı olduğuna inanıram”, - deyə Netanyahu vurğulayıb.
O əlavə edib ki, müzakirə edəcəyi ikinci mövzu isə İranın regiondakı təcavüzünün qarşısının alınması olacaq.
“Xüsusilə İranın Suriyada hərbi mövcudluğunu möhkəmləndirmə və oradan bizə hücum etmə cəhdlərini gündəmə gətirəcəm”, - deyə o qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az