ABŞ İranın Suriyada dəstəklədiyi qüvvələrə qarşı hərbi iştirakını artırır

2018/06/345_1528117763.jpg
Oxunub: 1389     02:06     05 İyun 2018    
ABŞ Suriya-İraq sərhədindəki hərbi iştirakını genişləndirərək, İrana qarşı döyüşmək məqsədilə Sincar dağının strateji yüksəkliyinə qüvvə yerləşdirir.

Ordu.az yerli KİV-lərə istinadən xəbər verir ki, ABŞ-dan olan hərbi mənbələr İranın dəstəklədiyi milislərə qarşı yeni bazadan istifadə edəcəyini, Suriyanın İran üçün bir dəhlizə çevrildiyini və nəticədə regional bir müharibəyə gətirə biləcəyini bildiriblər.

Sincar Bələdiyyə Başçı Köməkçisi Halal Xalo qeyd edib ki, ABŞ əsgərlərinin 15 hərbi vasitəsinin Sincar dağının üst tərəfinə gəlib və dağda Mira yüksəkliyinin yaxınlığında yerləşib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin