Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
O bildirib ki, təbii olaraq aidiyyatı orqanlar hamısı ölkənin təhlükəsizliyi üçün tələb olunan bütün tədbirləri alıblar.
Qeyd edək ki, bu gün NATO-nun Polşa, Latviya, Litva və Estoniyanı əhatə edən “Saber Strike” təlimində 19 ölkədən 18 min hərbçi iştirak edir. Təlimlər iyunun 15-ə kimi davam edəcək.
Ağalar Ağalarlı
Ordu.az