Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya Ordusu, Şimali Derada “Ölüm Üçbucağı” yaxınlığında Tal Qaşam bölgəsinə irimiqyaslı hərbi əməliyyatların həyata keçirilməsi üçün bir neçə zirehli vasitəsi də daxil olmaqla, çox sayda canlı qüvvə və hərbi texnika göndərib.
Həmçinin, ordunun artilleriyası və raket bölmələri karvanın təhlükəsizliyini təmin etmək məqsədilə terrorçuların əl-Səmdaniyeh əl-Qarbiyehdə yerləşən mövqelərini vurublar. Həmin hərbi qüvvə Quneytra əyalətinin Xan Arnaba şəhərini də hədəf alıb.
Dəyanət Ağalarlı
Ordu.az