Hindistan və ABŞ strateji partnyorluğu davam etdirəcək

2018/06/234234_1528115815.jpg
Oxunub: 1553     23:52     04 İyun 2018    
Hindistan Baş naziri narendra Modi və ABŞ Müdafiə naziri Ceyms Mettis ölkələr arasında möhkəm ikitərəfli strateji partnyorluğun davam edəcəyinə söz verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlar bu barədə Sinqapurda baş tutan 17-ci Asiya Təhlükəsizlik Sammitində danışıblar.

“Shangri-La” dialoqu kimi tanınan sammit çərçivəsində görüşən rəhbərlər ABŞ və Hindistan arasındakı əlaqələri cari və gələcək vəziyyətini müzakirə ediblər.

Hər iki tərəf bu əlaqələrin əhəmiyyətindən danışıb və onun Hind-Sakit okean regionuna verdiyi töhfəni yüksək qiymətləndiriblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan-ABŞ   Strateji-tərəfdaşlıq  


Bizi "telegram"da izləyin